Bakı. 11 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Hadisə nəticəsində azı 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat verib.
Məlumata görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil paytaxtın işgüzar rayonlarından olan Baqramidə hökumət binalarından birinin yaxınlığında partladılıb.