​Əfqanıstanın Kunduz şəhəri terrorçulardan təmizlənib

​Əfqanıstanın Kunduz şəhəri terrorçulardan təmizlənib Hazırda Kunduzun əsas hissəsi hökumət qüvvələrinin nəzarəti altındadır
Digər ölkələr
1 Oktyabr , 2015 10:11
​Əfqanıstanın Kunduz şəhəri terrorçulardan təmizlənib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Əfqanıstan ordusu Kunduz şəhərini "Taliban" terrorçularından təmizləyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Əfqanıstan Silahlı Qüvvələri şəhərin terrorçulardan azad edilməsi üçün irimiqyaslı əməliyyat keçirib. Hazırda Kunduzun əsas hissəsi hökumət qüvvələrinin nəzarəti altındadır.

Xatırladaq ki, sentyabrın 28-də "Taliban" hərəkatının silahlıları şəhəri ələ keçirmişdi. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 29-da terrorçuların Kunduzun ətrafındakı mövqelərini bombalamışdı.

Son xəbərlər

Orphus sistemi