Əfqanıstanın cənubunda 20 nəfər qaçırılıb

Əfqanıstanın cənubunda 20 nəfər qaçırılıb Qaçırılanların əksəriyyəti xəzərilərdir
Digər ölkələr
21 Noyabr , 2015 13:02
Əfqanıstanın cənubunda 20 nəfər qaçırılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Zabul vilayətində ən azı 20 nəfər silahlı şəxslər tərəfindən qaçırılıb. "Report" "Khaama" agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Qulam vilayətinin polis şöbəsinin rəhbəri Caylani Fahari bildirib ki, hadisə səhər saatlarında Şahcoy və Kalat mahalları arasındakı yerdə baş verib. Onun sözlərinə görə, qaçırılanların əksəriyyəti xəzərilərdir, silahlı dəstə onları naməlum istiqamətə qaçırıb.

Hələ ki, heç bir qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi