Əfqanıstandakı atışmada 20 terrorçu öldürülüb

Əfqanıstandakı atışmada 20 terrorçu öldürülüb Abdulkayyum Bakizoy: "Atışma nəticəsində "Taliban"ın nəzarəti altında olan Sərtaxta rayonunda terrorçulardan təmizlənib"
Digər ölkələr
17 Noyabr , 2015 17:08
Əfqanıstandakı atışmada 20 terrorçu öldürülüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Əfqanıstanda polislə terrorçu "Taliban" silahlıları arasında baş verən atışma nəticəsində 20 terrorçu zərərsizləşdirilib, 2 asayiş keşikçisi həlak olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səripol əyalətinin təhlükəsizlik idarəsinin müdiri Abdulkayyum Bakizoy bildirib.

Onun sözlərinə görə, terrorçular əyalətin Şiremha rayonunda polis şöbəsinin binasına basqın ediblər. Nəticədə atışma baş verib.

Məlumatda bildirilib ki, 40-a yaxın silahlı və iki polis yaralanıb.

A.Bakizoy terrorçuların bölgədəki önəmli başçılarından birinin də ölənlər arasında olduğunu deyib: "Atışma nəticəsində "Taliban"ın nəzarəti altında olan Sərtaxta rayonu da terrorçulardan təmizlənib".

"Taliban" isə 15 polisin öldüyü və yaralandığı, çoxlu sayda silah-sursat ələ keçirdikləri haqda açıqlama yayıb. 

Son xəbərlər

Orphus sistemi