Əfqanıstanda zəlzələ olub

Əfqanıstanda zəlzələ olub Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilmir.
Digər ölkələr
30 İyun , 2015 04:37
Əfqanıstanda zəlzələ olub

Bakı. 30 İyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Təbii fəlakət Bakı vaxtı ilə 00.07-də qeydə alınıb. Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Badaxşan vilayətinin Aşkaşam şəhərindən 22 km qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 18,5 km dərinlikdə olub.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi