Əfqanıstanda yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis həlak olub

Əfqanıstanda yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis həlak olub Rayonda şiddətli vuruşma gedir
Digər ölkələr
8 Dekabr , 2014 14:49
Əfqanıstanda yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis həlak olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda Qəndəhar vilayətində yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis ölüb, daha beş nəfər yaralanıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, ekstremistlər polis və mülki vətəndaşların olduğu binanı ələ keçiriblər. 

Agentlikdən verilən məlumata görə, kamikadze binanın girişi yaxınlığında güclü partlayıcı qurğunu işə salıb. Bundan sonra yaraqlılar polis gərargahını atəşə tutublar. Hadisənin şahidləri rayonda şiddətli vuruşmanın getdiyini bildiriblər. 

"Taliban" hərəkatının rəhbərliyi basqına görə məsuliyyəti öz üzərinə götürüb. İnsidentin təfərrüatları və ölənlərin sayı dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi