Əfqanıstanda vilayət administrasiyasının binası qarşısında partlayış olub

Əfqanıstanda vilayət administrasiyasının binası qarşısında partlayış olub Partlayışdan sonra "Taliban" yaraqlıları binaya hücum edib
Digər ölkələr
1 Sentyabr , 2016 10:57
Əfqanıstanda vilayət administrasiyasının binası qarşısında partlayış olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün səhər Əfqanıstanın şərqində yerləşən Loqar vilayətinin administrasiya binası qarşısında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb.

Partlayıcı qurğu avtomobildə gizlədilib. Yerli administrasiyanın mətbuat katibinin sözlərinə görə, partlayışdan sonra "Taliban" yaraqlıları binaya hücum edib, polis əməkdaşları onlarla döyüşə girib.

Son xəbərlər

Orphus sistemi