Bakı. 23 Avqust. REPORT.AZ/ Ötən gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb, təqribən 70 nəfər yaralanıb.
"Report" "Euronews"a istinadən xəbər verir ki, ölənlər arasında NATO-nun Əfqanıstandakı missiyasının üç əcnəbi əməkdaşı da var.
Terror hadisəsi diplomatik məhəllədə, ABŞ səfirliyi və Əfqanıstanın
Bomba qoyulmuş avtomobil yaxınlıqdan NATO konvoyu keçərkən partladılıb.
Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.