​Əfqanıstanda terror aktı nəticəsində 6 ABŞ hərbçisi ölüb

​Əfqanıstanda terror aktı nəticəsində 6 ABŞ hərbçisi ölüb Partlayışı "Taliban" terrorçuları törədib
Digər ölkələr
22 Dekabr , 2015 08:48
​Əfqanıstanda terror aktı nəticəsində 6 ABŞ hərbçisi ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Ötən gün Əfqanıstanda törədilən terror aktı nəticəsində Birləşmiş Ştatların 6 hərbçisi həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ABŞ və koalisiyanın Bakram şəhərindəki aviabazası yaxınlığında baş verib.

Moped ilə hərəkət edən terrorçu-kamikadze özünü aviabaza yaxınlığında keşik çəkən hərbçilərin yanında partladıb.

Terror aktına görə məsuliyyəti "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi