Əfqanıstanda terror aktı baş verib: 7 ölü, 2 yaralı

Əfqanıstanda terror aktı baş verib: 7 ölü, 2 yaralı Hadisə Helmand vilayətində qeydə alınıb
Digər ölkələr
2 Oktyabr , 2016 08:29
Əfqanıstanda terror aktı baş verib: 7 ölü, 2 yaralı

Bakı. 2 oktyabr. REPORT.AZ/ Əfqanıstanda terror aktı baş verib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Helmand vilayətində qeydə alınıb. Vilayətin mərkəzi Laşkarşah şəhəri yaxınlığındakı Bolan bölgəsində yol kənarında yerləşdirilən bomba içində mülki vətəndaşların olduğu avtomobil ərazidən keçərkən partlayıb.

Nəticədə 4-ü uşaq olmaqla 7 nəfər yaralanıb. Hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

Helmand Vilayətinin sözçüsü Ömər Zuvak bombanın bölgədə "Taliban" silahlıları tərəfindən yerləşdirildiyini iddia edib. "Taliban" məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi