Bakı. 10 fevral. REPORT.AZ/ Əfqanıstan xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 20 silahlısı öldürülüb, 11-i yaralanıb.
"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, bunu yerli polis bildirib.
Məlumata görə, "Taliban"nın iki üzvü isə tutulub. Əməliyyat ölkənin Qəndəhar əyalətinin şimalındakı Xakriz rayonunda keçirilib.
Dinc sakinlər arasında itkinin olub-olmaması haqda məlumat yayılmayıb.