Əfqanıstanda "Taliban"ın 53 terrorçusu öldürülüb

Əfqanıstanda "Taliban"ın 53 terrorçusu öldürülüb Öldürülənlər arasında həmçinin taliblərin komandirlərindən biri olan Kari Ahsanulla da var
Digər ölkələr
16 Avqust , 2016 14:45
Əfqanıstanda Talibanın 53 terrorçusu öldürülüb

Bakı. 16 avqust. REPORT.AZ/ Əfqanıstan ordusu ölkənin qərbində yerləşən Baqdis vilayətində "Taliban" terrorçularının hücumunun qarşısını alıb. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Balamurqab əyalətinin başçısı Əhməd Ziya Akazay bildirib. 

Onun sözlərinə görə, əməliyyat zamanı 53 yaraqlı öldürülüb: "Ötən gecə "Taliban" hərəkatının yüzlərlə yaraqlısı Balamurqabda strateji əhəmiyyətli rayonu ələ keçirmək üçün kütləvi, koordinasiyalı hücuma keçib. Xoşbəxtlikdən bir neçə saat davam edən hücumun qarşısı alınıb və yaraqlılar dağlara qaçıblar".

Öldürülənlər arasında həmçinin taliblərin komandirlərindən biri olan Kari Ahsanulla da var. Bundan əlavə, bir neçə saat davam edən atışma zamanı 50-dən çox yaraqlı yaralanıb.

Son xəbərlər

Orphus sistemi