Bakı. 19 may. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Sərepol əyalətində sel nəticəsində 24 nəfər ölüb, 10 nəfər yaralanıb, 40 nəfər itkin düşüb.
"Report" "Tolonews" agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin valisi Məhəmməd Zahir Vəhdət deyib.
Onun sözlərinə görə, təbii fəalkət nəticəsində 150-dən artıq ev dağılıb.
Məhəmməd Zahir Vəhdət qiyamçılara müraciət edərək, xilasedicilərə mane olmamağa çağırıb: "Sel nəticəsində yüzlərlə ev dağılıb və yüzlərlə akr əkin sahəsini su basıb".