Bakı. 19 noyabr. REPORT.AZ/ Əfqanıstanın şimalında Baqlan əyalətinin Markazi şəhərində polis məntəqələrindən birində törədilən partlayış nəticəsində azı 6 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Hama Press" agentliyi məlumat yayıb.
Hələlik partlayış haqda ətraflı informasiya yayılmayıb. Ölkə rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.