Əfqanıstanda partlayış törədilib: 13 nəfər ölüb, 17 nəfər yaralanıb

Əfqanıstanda partlayış törədilib: 13 nəfər ölüb, 17 nəfər yaralanıb Ölən və xəsarət alanların çoxu polisdir
Digər ölkələr
22 Fevral , 2016 18:01
Əfqanıstanda partlayış törədilib: 13 nəfər ölüb, 17 nəfər yaralanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Əfqanıstanın mərkəzi hissəsində Parvan əyalətində törədilən partlayış nəticəsində azı 13 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, ölən və xəsarət alanların çoxu polisdir.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Bundan başqa, ölkənin şimal-şərqində Baqlan əyalətinin Puli-Xumri şəhərində qubernatorun müavininin ofisinin "Taliban" hərəkatı tərəfindən atıldığı ehtimal edilən raket atəşi nəticəsində binanın dam örtüyü deşilib, bir nəfər ölüb, 4 nəfər isə yaralanıb. Qurbernatorun müavini xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi