​Əfqanıstanda NATO-nun iki hərbçisi öldürülüb

​Əfqanıstanda NATO-nun iki hərbçisi öldürülüb NATO Əfqanıstanda "Qəti dəstək" adı altında yeni hərbi tapşırıq yerinə yetirməyi nəzərdə tutub
Digər ölkələr
26 Avqust , 2015 10:21
​Əfqanıstanda NATO-nun iki hərbçisi öldürülüb

Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda NATO-nun iki hərbçisi öldürülüb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumatda bildirilib ki, hərbçiləri öldürənlər Əfqanıstan əsgərlərinin formasında olublar.  

Qeyd edək ki, bu il yanvarın 1-dən başlayaraq NATO Əfqanıstanda "Qəti dəstək" adı altında yeni hərbi tapşırıq yerinə yetirməyə başlayıb. Bu tədbirdə döyüş əməliyyatları keçirilmir. Həmin təlim Əfqanıstanın təhlükəsizlik qüvvələrinin hazırlanması üçün onlara "yardım məqsədi" ilə gerçəkləşdirilir. 

Son xəbərlər

Orphus sistemi