​Əfqanıstanda məhkəmə binasına basqında iki polis ölüb

​Əfqanıstanda məhkəmə binasına basqında iki polis ölüb Silahlı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib
Digər ölkələr
26 May , 2015 14:04
​Əfqanıstanda məhkəmə binasına basqında iki polis ölüb

Bakı. 26 may. REPORT.AZ/ Əfqanıstanın mərkəzi hissəsində yerləşən Vardak əyalətində naməlum üç silahlının məhkəmə binasına hücumu nəticəsində azı 2 polis ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin rəsmi telekanalı məlumat yayıb.

İntiharçı-terrorçular əyalətin mərkəzi Meydan-Şəhr şəhərindəki binanın giriş hissəsində partlayıcı qurğunu partladıblar. Partlayışdan sonra terrorçulardan ikisi binaya daxil olub.

Əyalət polisinin başçısı Xəlil Əndarabi deyib ki, onlar məhkəmə binasında zərərsizləşdirilib.

"Hadisə nəticəsində iki polis ölüb, üç dinc sakin yaralanıb", - o bildirib.

Əfqanıstandakı silahlı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib.


Son xəbərlər

Orphus sistemi