Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb

Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb Hücumu kimin təşkil etdiyi barədə hələlik məlumat verilmir
Digər ölkələr
20 Aprel , 2021 10:22
Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb

Əfqanıstanın Bədaxşan əyalətində yoxlama-keçid məntəqəsinə edilmiş hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 polis zabiti yaralanıb.

Hücumu kimin təşkil etdiyi barədə hələlik məlumat verilmir.

Bir qədər öncə Herat əyalətində törədilmiş partlayışda 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib və polis əməkdaşları ilə silahlılar arasında bir neçə saat atışma davam edib.

Son xəbərlər

Orphus sistemi