​Əfqanıstanda İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib

​Əfqanıstanda İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib Öldürülən silahlılar arasında bir neçə əcnəbi var
Digər ölkələr
24 Fevral , 2016 09:41
​Əfqanıstanda İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Əfqanıstan hərbçilərinin havadan və qurudan keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət təmsilçisi bildirib.

Məlumata görə, əməliyyat ölkənin Nanqarhar əyalətində həyata keçirilib.

Əyalət administrasiyasından bildirilib ki, zərərsizləşdirilənlərdən biri qruplaşmanın yerli liderlərindəndir. Öldürülən silahlılar arasında bir neçə əcnəbi var, ancaq onların vətəndaşı olduğu dövlət məlum deyil.

Son xəbərlər

Orphus sistemi