​Əfqanıstanda İŞİD-in 42 silahlısı zərərsizləşdirilib

​Əfqanıstanda İŞİD-in 42 silahlısı zərərsizləşdirilib Onların arasında qruplaşmanın önəmli başçılarının olduğu da bildirilib
Digər ölkələr
16 Fevral , 2016 15:48
​Əfqanıstanda İŞİD-in 42 silahlısı zərərsizləşdirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 42 silahlısı zərəsizləşdirilib, 5-i yaralanıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstan hərbçiləri antiteror əməliyyatını Açin rayonunda keçirib.

Zərərsizləşdirilənlər arasında İŞİD-in önəmli başçıları da var.

Əməliyyat zamanı terrorçulara məxsus çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. 

Son xəbərlər

Orphus sistemi