Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub

Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub Adam Tomas Əfqanıstanın Nanqarxar vilayətində həlak olub
Digər ölkələr
6 Oktyabr , 2016 23:56
Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, xəbəri Pentaqon təmsilçisi Piter Kuk da təsdiqləyib. ABŞ Silahlı Qüvvələrinin çavuşu Birləşmiş Ştatların Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda həlak olmuş ilk amerikalıdır.

"Quru qoşunlarının çavuşu Adam Tomas Əfqanıstanın Nanqarxar vilayətində öldürülüb. Çavuş Tomas Əfqanıstanda İŞİD-ə qarşı hərbi əməliyyatlarda öldürülmüş ilk hərbçidir" – deyə Pentaqon təmsilçisi Piter Kuk keçirdiyi brifinqdə bildirib.

Son xəbərlər

Orphus sistemi