Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub İnsident Baqlan əyalətində baş verib
Digər ölkələr
9 Oktyabr , 2016 09:42
Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, insident ölkənin şimalında yerləşən Baqlan əyalətində qeydə alınıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, qəza zamanı 8 hərbçi həlak olub. 

Nazirliyin rəsmisi Davlat Vaziri bildirib ki, həlak olanlardan 5-i ekipaj üzvü, 3-ü isə əsgərdir. Onun sözlərinə görə, qəzaya səbəb vertolyotda yaranmış texniki nasazlıq olub.

Son xəbərlər

Orphus sistemi