​Əfqanıstanda hərbi posta hücum zamanı 17 əsgər həlak olub

​Əfqanıstanda hərbi posta hücum zamanı 17 əsgər həlak olub Hücum gecə yarısı Vardoj qəzasında qeydə alınıb
Digər ölkələr
4 May , 2015 21:44
​Əfqanıstanda hərbi posta hücum zamanı 17 əsgər həlak olub

Bakı. 4 may. REPORT.AZ/ Bazar ertəsi silahlıların Əfqanıstanın Badahşan əyalətində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı ən azı 17 əsgər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Onların məlumatına görə, hücum gecə yarısı Vardoj qəzasında törədilib. Hazırda daha 20 əsgər itkin düşmüş hesab olunur.

"Associated Press"in məlumatına görə, baş verənlərə görə məsuliyyəti "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi