Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiya iştirakçıları "Fransaya ölüm" və "Mən səni sevirəm ya Məhəmməd" şüarları səsləndiriblər.
Etirazçılar, həmçinin Fransa bayrağını yandırıblar. Fəallar Fransanın terror aktından sonra yenidən üz qabığında İslam peyğəmbəri Məhəmmədin (s) karikaturasını dərc edən "Charlie Hebdo" nəşrinə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları Fransadan peyğəmbərin karikaturasına görə üzr istəməyi tələb ediblər. Əks təqdirdə isə, hakimiyyəti ölkədəki Fransa səfirliyini bağlamağa çağırıblar.