​Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib

​Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib Təbii fəlakət nəticəsində təqribən 40 nəfər itkin düşüb
Digər ölkələr
18 May , 2016 21:38
​Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib

Bakı. 18 may. REPORT.AZ/ Əfqanıstanın şimalında yerləşən əyalətlərdən birində ən azı 24 nəfər leysan yağışları nəticəsində yaranan daşqınların qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" agentliyi məlumat yayıb.

"Səhər saatlarında Koxistanat qəzasında baş verən təbii fəlakət nəticəsində ümumilikdə daha 10 nəfər zərər çəkib, təqribən 40 nəfər itkin düşüb", — deyə agentlik administrasiya nümayəndəsi Zahir Vahdatın sözlərini sitat gətirib.

O, həmçinin qeyd edib ki, ölənlərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi