Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 5 polis əməkdaşı xəsarət alıb.
Hadisənin törədilməsində məqsəd polis furqonunu partlatmaq olub.
Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.