Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstanın Bəlx əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 18 hərbçi yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Sinxua" məlumat yayıb.
Məlumta görə, kamikadze özünü hərbçiləri aparan avtobusun yaxınlığında partladıb.
Xəsarət alanlar hospitala yerləşdirilib.