​Əfqanıstanda avtobusun partladılması nəticəsində 10 nəfər ölüb, 4 nəfər yaralanıb

​Əfqanıstanda avtobusun partladılması nəticəsində 10 nəfər ölüb, 4 nəfər yaralanıb Hadisə ölkə paytaxtı Kabulun qərb hissəsində baş verib
Digər ölkələr
25 May , 2016 11:35
​Əfqanıstanda avtobusun partladılması nəticəsində 10 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanda terrorçu-kamikadzenin avtobusu partlatması nəticəsində azı 10 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avtobusdakılar Vardak əyaləti Apellyasiya Məhkəməsinin məmurları olub. Hadisə ölkə paytaxtı Kabulun qərb hissəsində baş verib.

Partlayışın məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi