​Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb

​Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb Pilot uğurla katapult edib
Digər ölkələr
29 Mart , 2016 21:45
​Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb

Bakı. 29 mart. REPORT.AZ/ Amerika Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi çərşənbə axşamı Əfqanıstandakı Bakaram aviabazasından havaya qalxarkən qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk məlumat verib.

"Təyyarə bu gün axşam Bakaram aerodromunda havaya qalxan zamanı qəzaya uğrayıb. Pilot uğurla katapult ola bilib və koalisiya qüvvələri tərəfindən götürülüb", — deyə Kuk brifinqdə qeyd edib.

Onun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi