Bakı. 21 fevral. REPORT.AZ/ Əfqanıstanın cənubunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat qəzaya uğrayıb.
"Report" ABC-yə istinadən xəbər verir ki, hadisə Qəndəhardakı aviabazada baş verib.
Amerika hərbçiləri aparatın heç kim tərəfindən vurulmadığını bildiriblər. Hazırda onun qəzaya uğramasının səbəbləri araşdırılır.