​Əfqanıstanda 6 polis əməkdaşı öldürülüb

​Əfqanıstanda 6 polis əməkdaşı öldürülüb "Taliban" hərəkatı baş verən hadisəyə münasibət bildirməyib
Digər ölkələr
21 May , 2016 14:42
​Əfqanıstanda 6 polis əməkdaşı öldürülüb

Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın Uruzqan əyalətinin cənubunda naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 6 polis əməkdaşı həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.

"Taliban" hərəkatı baş verən hadisəyə münasibət bildirməyib.

Qeyd edək ki, iki gün əvvəl oxşar hadisə ölkənin Zabul rayonunda baş verib.

Son xəbərlər

Orphus sistemi