​Əfqanıstanda 6 nəfər partlayışın qurbanı olub

​Əfqanıstanda 6 nəfər partlayışın qurbanı olub Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
21 Aprel , 2015 10:53
​Əfqanıstanda 6 nəfər partlayışın qurbanı olub

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün səhər Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb, 14-dən çox sakin yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Naziriliyi məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin mərkəzində baş verib. Ölənlərin sayı dəqiqləşdirilir. Xəsarət alanları xəstəxanaya yerləşdiriblər. Hadisənin başvermə səbəbi araşdırılır.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi