​Əfqanıstanda 52 nəfər torpaq sürüşməsinin qurbanı olub

​Əfqanıstanda 52 nəfər torpaq sürüşməsinin qurbanı olub Hadisə yerində axtarış-xilasetmə işləri aparılır
Digər ölkələr
28 Aprel , 2015 17:12
​Əfqanıstanda 52 nəfər torpaq sürüşməsinin qurbanı olub

Bakı. 28 aprel. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində - Bədəxşan əyalətində torpaq sürüşməsindən sonra azı 52 nəfərin meyiti uçqun altından çıxarılıb. "Report" xəbər verir ki, bu haqda Əfqanıstan KİV-i məlumat yayıb.

Dağıntılar altından çıxarılanların 25-i qadın, 22-si uşaq, 5-i kişi meyitidir. 

Məlumatda bildirilib ki, güclü qar yağdığından yollar bağlanıb və axtarış-xilasetmə əməliyyatı aparmaq çətinləşib.

Xatırladaq ki, ötən ilin mayında 350 nəfər Bədəxşan əyalətinin Arqu rayonunda baş vermiş torpaq sürüşməsinin qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi