​Əfqanıstanda 30 xəzəri qaçırılıb

​Əfqanıstanda 30 xəzəri qaçırılıb Onların oğurlanmasının məsuliyyətini üzərinə götürən yoxdur
Digər ölkələr
24 Fevral , 2015 15:46
​Əfqanıstanda 30 xəzəri qaçırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Əfqanıstanda naməlum şəxslər 30 xəzərini oğurlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti bildirib.

Polisin məlumatına görə, naməlum silahlı maskalılar ölkənin Zabul əyalətində sərnişinlə dolu iki avtobusu dayandıraraq kişiləri aparıb, qadın və uşaqları isə maşınlarda saxlayıblar.

Xəzərilərin oğurlanmasının məsuliyyətini üzərinə götürən yoxdur.

Məlumata görə, son zamanlar xəzərilərə qarşı basqınların sayı artıb.

Xatırladaq ki, "Taliban" hərəkatı Əfqanıstana nəzarət edən illərdə xəzərilər qətliama məruz qalıb.

Son xəbərlər

Orphus sistemi