Bakı. 8 iyun. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Gur əyalətində bu gün keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 25 silahlısı zərəsizləşdirlib, 13-ü yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Pajvok" agentliyi məlumat yayıb.
Əfqanıstan Hərbi Hava Qüvvələrinin silahlıların toplaşdığı Pasabənd qəsəbəsini bombalaması nəticəsində ölənlər arasında terrorçuların yerli lideri Molla Faruq da var.
Məlumatda bildirilib ki, əməliyyat nəticəsində yerli dinc sakinlər xəsarət almayıb.
Silahlıların 11 motosikleti və avtomobili də məhv edilib.