​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb

​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
4 Dekabr , 2015 13:13
​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Əfqanıstanın Vardak əyalətində minaatanlardan açılan atəş nəticəsində azı 12 dinc sakin ölüb, 6 nəfər yaralanıb.

"Report" Əfqanıstan televiziyasına istinadən xəbər verir ki, atəş nəticəsində ölənlərdən 6-sı uşaqdır.

Hadisə Danbokay kəndindəki məscidin yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, telekanalın məlumatına əsasən, həmin bölgədə ordu "Taliban" hərəkatının silahlılarına qarşı əməliyyat keçirir. 

Son xəbərlər

Orphus sistemi