​Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu zərərsizləşdirilib

​Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu zərərsizləşdirilib Terrorçuların mövqelərinə havadan zərbə endirilib
Digər ölkələr
27 Mart , 2016 10:25
​Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu zərərsizləşdirilib

Bakı. 27 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində İŞİD terror təşkilatının ən azı 11 üzvü zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə bazar günü yerli administrasiya nümayəndələrinə istinadən "Khaama" agentliyi məlumat yayıb.

Yaraqlıların Nanqarhar əyalətindəki mövqelərinə hava zərbələri şənbə günü endirilib. Öldürülənlər arasında vətəndaşlığı açıqlanmayan bir əcnəbi də olub.

Son xəbərlər

Orphus sistemi