Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində 90-dan çox silahlını məhv edib

Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində 90-dan çox silahlını məhv edib Ölkənin cənub-şərqində yerləşən Paktika vilayətində 70 silahlı öıdürülüb
Digər ölkələr
13 Avqust , 2016 16:11
Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində 90-dan çox silahlını məhv edib

Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində ölkənin bir sıra vilayətlərində apardığı hərbi əməliyyatlar zamanı 92 silahlını məhv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Əfqanıstan Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Öldürülən silahlılar arasında ölkənin cənub-şərqində, Pakistanla sərhəd ərazidə yerləşən Paktika vilayətinin ayrı-ayrı rayonlarında 40 nəfər itki vermiş "Taliban" radikal qruplaşmasının üzvləri də var. Nazirliyin məlumatında, həmçinin elə bu vilayətdə hansı qruplaşmaya aid olduğu göstərilməyən daha 30 silahlının məhv edildiyi bildirilir. Vurğulanır ki, öldürülmüş silahlıların 9-u əcnəbi olub.

Xatırladaq ki, Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Əvvəllər əsasən kənd və rayonlarda əraziləri nəzarətdə saxlayan "Taliban"çılar indi böyük şəhərlərə hücuma başlayıblar. Eyni zamanda, ölkədə İŞİD terror qruplaşmasının təsir qüvvəsi də artıb.

Son xəbərlər

Orphus sistemi