Əfqanıstan ordusu "Taliban" hərəkatının 60-a yaxın yaraqlısını məhv edib

Əfqanıstan ordusu "Taliban" hərəkatının 60-a yaxın yaraqlısını məhv edib Hərbçilər yaraqlıların yüngül və ağır silahlarını aşkar edib və götürüb
Digər ölkələr
2 May , 2015 12:39
Əfqanıstan ordusu Taliban hərəkatının 60-a yaxın yaraqlısını məhv edib

Bakı. 2 may. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstan silahlı qüvvələrinin apardığı xüsusi əməliyyatı zamanı "Taliban" radikal hərəkatının 60-a yaxın yaraqlısı məhv edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər. 

"Əməliyyatlar Uruzqan, Zabul, Qəzni, Gilmend, Loqar, Kündüz, Sari-Pul, Badahşan, Fəryab, Paktiya, Host və Bəğlan əyalətlərində həyata keçirilib. Nəticədə ən az 57 "Taliban" üzvü öldürülüb, 35 nəfər yaralanıb. 2 yaraqlı Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb", - MİD məlumatında deyilir. Hərbçilər arasında itki haqqında məlumat yoxdur. 

Nazirlikdən verilən məlumata əsasən, hərbçilər yaraqlıların yüngül və ağır silahlarını aşkar edib və götürüb. 

Son xəbərlər

Orphus sistemi