Bakı. 26 sentyabr. REPORT.AZ/ Əfqanıstan ordusunun xüsusi təyinatlıları yüzdən çox insanı terrorçu "Taliban" qruplaşmasının girovluğundan azad edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin girovlar Gilmənd əyalətinin terrorçu qruplaşmasının nəzarəti atlında olan hissəsindəki həbsxanada saxlanılırmışlar.
Məlumata görə, "Taliban" qruplaşması son zamanlar kənd rayonlarına və şəhərlərə hücumları artırıb.