Əfqanıstan ordusu Kunduz əyalətində 20-dən çox "Taliban" silahlısını məhv edib

Əfqanıstan ordusu Kunduz əyalətində 20-dən çox "Taliban" silahlısını məhv edib Xanabad rayonunda Əfqanıstan Silahlı Qüvvələrinin hava əməliyyatı keçirilir
Digər ölkələr
26 Oktyabr , 2015 10:16
Əfqanıstan ordusu Kunduz əyalətində 20-dən çox Taliban silahlısını məhv edib

Bakı. 26 oktyabr. REPORT.AZ / Əfqanıstan silahlı qüvvələri "Taliban" hərəkatına qarşı xüsusi əməliyyat keçirib. "Report"un "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, ölkənin şimalındakı Kunduz əyalətində aparılan əməliyyat nəticəsində hərəkatın 23 döyüşçüsü məhv edilib.

Xanabad rayonunda baş tutan əməliyyat nəticəsində, həmçinin 11 "Taliban" silahlısı yaralanıb.

Əfqanıstan milli ordusunun Kunduzdakı nümayəndəsi Qulam Hazrat Kəriminin verdiyi məlumata görə, daha 5 silahlı quldur saxlanılıb. O, əməliyyatların davam etdiyini də xəbər verib.

Kərimi əlavə olaraq bu məlumatları verib: "Hərbi qüvvələrin hava hücumu zamanı "Taliban" silahlılarının 16 nəqliyyat vasitəsi, o cümlədən oğurlanan 2 polis maşını da məhv edilib".

Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi