Əfqanıstan ordusu gün ərzində ən azı 13 Taliban döyüşçüsünü zərərsizləşdirib

Əfqanıstan ordusu gün ərzində ən azı 13 Taliban döyüşçüsünü zərərsizləşdirib Əməliyyatlar Təxar, Künduz, Sari-Pul, Vardak, Qəzni və Fərah əyalətlərində həyata keçirilib
Digər ölkələr
4 Aprel , 2015 13:20
Əfqanıstan ordusu gün ərzində ən azı 13 Taliban döyüşçüsünü zərərsizləşdirib

Bakı. 4 aprel. REPORT.AZ/ Əfqanıstan silahlı qüvvələri tərəfindən aparılan xüsusi əməliyyatlar zamanı son bir gün ərzində "Taliban" radikal hərəkatının ən azı 13 yaraqlısı öldürülüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Əməliyyatlar Təxar, Künduz, Sari-Pul, Vardak, Qəzni və Fərah əyalətlərində həyata keçirilib. Nəticədə "Taliban" qruplaşmasının 13 silahlı üzvü öldürülüb, daha 12 nəfər isə yaralanıb", - Əfqanıstan XİN-in məlumatında deyilir. 

Hərbçilər arasında ölənlər haqqında məlumat daxil olmayıb. 

Ötən ilin sonlarında NATO və ABŞ silahlı qüvvələri Əfqanıstanda təhlükəsizlik missiyalarını rəsmi olaraq başa vurub. Alyansın yüksək vəzifəli nümayəndələri bir müddət əvvəl bildirib ki, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) 139 min nəfərlik kontingenti əvəzinə 2015-ci ilin əvvələrindən ölkədə cəmi 12 min hərbçi yerləşdiriləcək. Ötən il terror aktları nəticəsində ölənlərin sayına görə, Əfqanıstan üçün rekord il olub. 

Son xəbərlər

Orphus sistemi