​Əfqanıstanda 22 terrorçu öldürülüb

​Əfqanıstanda 22 terrorçu öldürülüb Ordu ölkənin Nanqarhar və Gilmend əyalətlərində əməliyyat keçirib
Digər ölkələr
12 Yanvar , 2016 12:29
​Əfqanıstanda 22 terrorçu öldürülüb

Bakı. 12 yanvar. REPORT.AZ/ Əfqanıstan Hərbi Hava Qüvvələrinə aid helikopterlər terrorçu İŞİD qruplaşması və "Taliban" hərəkatının mövqelərini bombalayıb. 

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bombalama nəticəsində 22 silahlı öldürülüb. 

Məlumata görə, ölkənin şərqində yerləşən Nanqarhar əyalətinin Açin rayonunda İŞİD-in mövqelərinin bombalanması nəticəsində 18 silahlı, Əfqanıstanın cənubunda, Gilmend əyalətinin Gereşek rayonunda ordunun keçirdiyi reyddə isə 4 "taliban"çı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi