Əfqanıstan hökuməti yeni paytaxtı tikməyi planlaşdırır

Əfqanıstan hökuməti yeni paytaxtı tikməyi planlaşdırır Layihə 80 mlrd. dollara başa gələcək
Digər ölkələr
25 Dekabr , 2014 17:16
Əfqanıstan hökuməti yeni paytaxtı tikməyi planlaşdırır

Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstan müasir paytaxt olan Yeni Kabil şəhərini tikməyə hazırlaşır. "Report" "Haama-press" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kabul New City Development" qeyri-hökumət təşkilatının sədr müavini Evxam Ömər Hotaki bildirib. 

Onun sözlərinə görə, işə başlamaq üçün prezidentin razılığını gözləyirlər. 

Yeni Kabil Hacı-Ravaş Kabil Hava Limanı və Baqramdakı aerodromun arasındakı ərazi ilə qonşuluqda tikiləcək.

Ö.Hitakinin sözlərinə görə, şirkət 55 yaşayış binasının inşası üçün tikinti firmaları ilə beş müqavilə bağlayıb. Plana əsasən, yeni şəhərin sahəsi indikindən iki dəfə böyük olacaq və 740 kv.km. təşkil edəcək. Bu ərazidə 600 min ev yerləşdiriləcək. 

Yeni Kabilin tikintisinə 15 il vaxt nəzərdə tutulub. Burada təxminən 2,2 mln. insan yaşayacaq. Köhnə Kabil olacaq hazırkı şəhərdə 5-6 mln. insan yaşayır, baxmayaraq ki, o, cəmi bir milyon insan üçün nəzərdə tutulub.

Hesablamalara görə, layihə 80 mlrd. dollara başa gələcək.

Son xəbərlər

Orphus sistemi