​Əfqanıstanda İŞİD komandirlərindən biri və 9 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda İŞİD komandirlərindən biri və 9 terrorçu zərərsizləşdirilib Hafiz Vahid bir ay öncə İŞİD-in Gilmənd əyaləti üzrə rəhbəri təyin olunubmuş
Digər ölkələr
16 Mart , 2015 21:37
​Əfqanıstanda İŞİD komandirlərindən biri və 9 terrorçu zərərsizləşdirilib

Bakı. 16 mart. REPORT.AZ/ Əfqanıstanın cənubunda, Gilmənd əyalətində İŞİD-in komandirlərindən biri öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD-in komandirlərindən biri olan Hafiz Vahidi ilə birlikdə silahlı qruplaşmanın 9 terrorçusu öldürülüb.

Xəbərdə vurğulanıb ki, Hafiz Vahidi bir ay öncə İŞİD-in Gilmənd əyaləti üzrə rəhbəri təyin edilib.

İŞİD-in Əfqanıstandakı qanadının rəhbərliyi və döyüşçüləri əvvəllər "Taliban" hərəkatında olublar. Bu ilin yanvarında İŞİD "Xorasan əmirliyinin" yarandığını elan edib. Bu "əmirliyə" Əfqanıstan, Pakistan, Hindistan və Banqladeş daxildir. Onun başçısı isə "Taliban"nın Pakistandakı keçmiş komandirlərindən biri olan Səid Xan təyin edilib.

Son xəbərlər

Orphus sistemi