​Əfqanıstan hərbçiləri 60 nəfəri "Taliban"ın girovluğundan azad edib

​Əfqanıstan hərbçiləri 60 nəfəri "Taliban"ın girovluğundan azad edib Əməliyyat nəticəsində "Taliban"ın 2 silahlısı öldürülüb, 3-ü isə yaralanıb
Digər ölkələr
6 May , 2016 12:29
​Əfqanıstan hərbçiləri 60 nəfəri Talibanın girovluğundan azad edib

Bakı. 6 may. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələri 60 nəfəri "Taliban" hərəkatının girovluğundan azad edib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, girovlar Əfqanıstan hərbçilərinin ötən gecə keçirdiyi xüsusi əməliyyat nəticəsində azad edilib.

Əməliyyat zamanı "Taliban"ın 2 silahlısı öldürülüb, 3-ü isə yaralanıb, xeyli miqdarda partlayıcı maddə aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi