​Əfqanıstan hərbçiləri 40-a yaxın "Taliban" silahlısını zərərsizləşdiriblər

​Əfqanıstan hərbçiləri 40-a yaxın "Taliban" silahlısını zərərsizləşdiriblər Zabul əyalətinin başçısı bildirib ki, Xak rayonunda bir neçə terrorçu öldürülüb, 25-i yaralanıb
Digər ölkələr
7 May , 2015 16:40
​Əfqanıstan hərbçiləri 40-a yaxın Taliban silahlısını zərərsizləşdiriblər

Bakı. 7 may. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" hərəkatının bu ilin fevralında qaçırdığı avtobus sərnişinlərinin azad edilməsi üçün əməlliyat keçirib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın rəsmi mənbələri məlumat yayıb. Əməliyyat nəticəsində azı 35 terrorçu zərərsizləşdirilib. 

Xəbərə görə, qaçırılmış sərnişinlərin azad edilməsi əməliyyatı Fərəh əyalətinin Kalat şəhərində iki gün öncə başlayıb. Hazırda əməliyyat davam edir.

Dinc sakinlər arasında ölən və xəsarət alanlar haqda məlumat yayılmayıb.

Zabul əyalətinin başçısı Əşrəf Nasiri bildirib ki, Xak rayonunda bir neçə terrorçu öldürülüb, 25-i yaralanıb.

Xatırladaq ki, bu il fevralın sonunda Əfqanıstanın mərkəzində yerləşən Zabul əyalətində silahlılar avtobusa hücum edərək 30 sərnişini qaçırıblar.

Son xəbərlər

Orphus sistemi