​Əfqanıstan hakimiyyəti "Taliban"ın bütün komandirlərini danışığa çağırıb

​Əfqanıstan hakimiyyəti "Taliban"ın bütün komandirlərini danışığa çağırıb Səlahəddin Rəbbaninin sözlərinə görə, danışıqlardan imtina etməklə "Taliban" xalqdan bir az da uzaqlaşacaq
Digər ölkələr
18 Yanvar , 2016 16:57
​Əfqanıstan hakimiyyəti Talibanın bütün komandirlərini danışığa çağırıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Taliban" hərəkatının istisnasız olaraq bütün döyüş komandirlərini mərkəzi hakimiyyətin sülh çağırışına dəstək verərək, danışıqlar masasına oturmağa dəvət edirəm".

"Report" "Pajwok" agentliyinə istinadən xəbər verir ki, bu çağırışı Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani edib.

Onun sözlərinə görə, danışıqlardan imtina etməklə "Taliban" xalqdan bir az da uzaqlaşacaq.

Qeyd edək ki, yanvarın 18-də Əfqanıstan, Pakistan, ABŞ və Çinin rəsmi təmsilçiləri "Taliban"la danışıqların bərpası üzrə "yol xəritəsi"ni müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi