Əfqanıstanın birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb

Əfqanıstanın birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb Rəşid Dostum: "Öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var"
Digər ölkələr
17 Oktyabr , 2016 14:31
Əfqanıstanın birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstan prezidentinin birinci müavini Rəşid Dostumun da olduğu avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşı ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Faryab vilayətinin Gurmaç rayonunda baş verib.

Məlumata görə, terrorçular karvanın keçdiyi yola partlayıcı döşəyib. Hadisə həmin partlayıcının partlaması nəticəsində baş verib. Hökumət qüvvələri "Taliban" hərəkatına qarşı əməliyyat keçirməyə gedirmiş. Partlayış nəticəsində Rəşid Dostum xəsarət almayıb. Onun sözlərinə görə, 3 zirehli avtomobilə ziyan dəyib. O, 20 təhlükəsizlik əməkdaşının da yaralandığını bildirib.

Rəşid Dostum vurğulayıb ki, terrorçu qruplaşmanın onlarla silahlısı zərərsizləşdirilib, bəzi bölgələr isə "Taliban"dan təmizlənib. O, terrorçuların nəzarəti altında olan Gurmaç rayonunu geri aldıqlarını söyləyib. Prezidentin birinci müavini deyib ki, öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var. 

Son xəbərlər

Orphus sistemi