Ebolaya qarşı vaksinin insanlar üzərində sınağı uğurlu olub

Ebolaya qarşı vaksinin insanlar üzərində sınağı uğurlu olub Vaksinin yoxlamasında 200 nəfər iştirak edib
Digər ölkələr
27 Noyabr , 2014 12:16
Ebolaya qarşı vaksinin insanlar üzərində sınağı uğurlu olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Ebola virusuna qarşı vaksinin insanlar üzərində sınaqları müsbət nəticələr verib. İyirmiyə yaxın könüllü şəxsin yoxlama peyvəndi təsdiq edib ki, preparatın yüksək dozaları hər hansı bir əlavə təsir olmadan sağalma şanslarını xeyli artırır. Bu barədə "Report" "BBC News"a istindaən xəbər verir.

Ebolanın müalicəsi üçün yeni preparatı GlaxoSmithKline şirkəti hazırlayır.

Ümumilikdə yoxlamalarda ABŞ, Böyük Britaniya, Mali və İsveçrədən 200-ə yaxın insan iştirak edib.

ÜST-ün noyabr ayının 27-nə olan məlumatlarına əsasən, bütün dünyada 15 min 935 yoluxma hadisəsi qeydə alınıb, xəstəlikdən 5 min 689 nəfər ölüb. Ən çox yoluxma Qvineya, Liberiya və Syerra-Leonedə müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi